UİD Azərbaycan tərəfindən səhər yeməyi proqramı təşkil olunub FOTOLAR

03.02.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bakıda “Beynəlxalq Demokratlar Birliyi (UİD) Azərbaycan  tərəfindən səhər yeməyi proqramı təşkil olunub.
Demokrat.az xəbər verir ki, tədbirdə 150-yə yaxın müxtəlif sahələr üzrə fəaliyyət göstərən iş adamları, Türkiyədən Azərbaycana gəlib çalışan peşəkar şəxslər, media nümayəndələri və şəhid ailələri üzvləri iştirak ediblər.
Proqramın əsas məqsədi “UİD Azərbaycan”ın fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat vermək, təşkilatın missiyasını və həyata keçirdiyi layihələri təqdim etməklə birliyi ictimaiyyətə daha yaxından tanıtmaq olub.
Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Şimali Kipr Türk Respublikasının Azərbaycan nümayəndəliyinin rəhbəri Ufuk Turganer iştirak edib.
Tərbirdə Türkiyədən qonaq qismində “15 İyul Şəhidlər və Qazilər Dərnəyi”nin rəhbəri və nümayəndə heyəti iştirak edib. Tədbirdə 15 iyul və 20 yanvar şəhidlərinin əziz xatirəsi yad edilib.  Proqram “UID Azərbaycan”ın rəhbəri Cengiz Aygörün açılış nitqi ilə başlayıb.  O, çıxışında UID-nin əsas fəaliyyət istiqamətləri, beynəlxalq əməkdaşlıqlar və Azərbaycan-Türkiyə münasibətlərinin ictimai diplomatiya müstəvisində daha da gücləndirilməsinin vacibliyindən bəhs edib. Vurğulayıb ki, qurum Azərbaycan–Türkiyə münasibətlərinin möhkəmləndirilməsi, qardaşlıq əlaqələrinin dərinləşdirilməsi və ortaq dəyərlərin təşviqi üçün davamlı layihələr həyata keçirir.
Daha sonra “15 İyul Şəhidlər və Qazilər Dərnəyi”nin sədri İsmail Hakkı Turunçu 15 iyul hadisələrinin xalqın vətənə və dövlətə bağlılığının bariz nümunəsi olduğunu qeyd edib.
Şimali Kipr Türk Respublikasının Azərbaycan nümayəndəliyinin rəhbəri Ufuk Turganer çıxışında UID-in fəaliyyətini yüksək qiymətləndirib, qurumun Türk dünyasında birlik və həmrəyliyin möhkəmləndirilməsinə verdiyi töhfələrdən danışıb. O qeyd edib ki, Şimali Kipr və Azərbaycan arasındakı dostluq və əməkdaşlıq münasibətləri ölkələr üçün strateji əhəmiyyət kəsb edir. Bu əlaqələrin davamlı inkişafı iki qardaş ölkə arasında qarşılıqlı dəstəyi və birliyi daha da möhkəmləndirir.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin prezidentlərin səyləri nəticəsində daha da gücləndiyini bildirib və iki ölkənin hər zaman bir-birinin yanında olduğunu vurğulayıb.
Tədbir çərçivəsində iştirakçılar arasında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub və qarşılıqlı əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.













Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью