UID türk və mühacir şəxslərin hüquqlarını qoruyur | Icma.az
Icma.az bildirir, Bizimyol portalına istinadən. UİD 2004-cü ildə Almaniyanın Köln şəhərində yaradılıb.
Onun yaradılmasında məqsəd Türkiyə xaricində yaşayan türk birliyi və qohum toplumların üzləşdiyi sosial, siyasi və mədəni problemlərə həll yolları hazırlamaqdır.
Bizimyol.info Birliyə istinadən xəbər verir ki, UİD yarandığı gündən bütün dünyada, xüsusilə Avropada türk və mühacir şəxslərin öz mədəni kimliklərini qoruyaraq, ictimai, siyasi və yaşadıqları cəmiyyətlərin ayrılmaz hissəsi kimi mədəni həyatda fəal iştirakını artırmağa çalışan qeyri-hökumət təşkilatıdır.
Ayrı-seçkiliklə mübarizə, multikulturalizmin təşviqi, bərabər vətəndaşlıq hüquqlarının müdafiəsi və demokratik iştirakın artırılması onun əsas məqsədlərindəndir.
Dünyada 300 filiala çatan UİD 2018-ci ildə Azərbaycanda fəaliyyətə başlayıb və indiyədək aktiv şəkildə fəaliyyət göstərir.
04.12.2024-cü il tarixində saat 17-də 2-ci Ümumi Yığıncağını keçirəcək UİD yeni idarəetmə sxemi və daha geniş biznes plan və layihələri ilə Azərbaycanda fəaliyyətini davam etdirməyi planlaşdırır.
UID-in 13 ayrı komitəsi var; O, həmçinin Azərbaycan ilə Türkiyə arasındakı əlaqələri dəstəkləmək üçün layihələr və araşdırmalar həyata keçirəcək.
Ünvan: Türk Ticarət Mərkəzi Konfrans Zalı (Ziya Bünyadov pr.77 Q-Bakı) Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu