Olay.az saytına istinadən Icma.az xəbər verir.
Məşhur aktyor Uill Smit və həyat yoldaşı Ceyda Pinkett Smit ötən həftəsonu nadir ailəvi gəzintiləri zamanı paparatsiyaların obyektivinə tuş gəliblər.
OLAY yazır ki, uzun illərdir evli olan cütlük Malibuda ailə üzvləri ilə birlikdə nahara yollanıb.
Onları bu gəzintidə övladları Ceyden Smit və Uillou Smit, həmçinin Ceydanın anası Adrien Benfild-Norris və Uillin anası Kerolayn Brayt müşayiət edib.