Uill Smitin 28 yaşlı oğlu 82 yaşlı sevgilisi ilə görüntüləndi

13.11.2026

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məşhur aktyor Uill Smitin Ceyden Smit 82 yaşlı sevgilisi Mişel Lami ilə görüntülənib.

BAKU.WS xəbər verir ki, cütlük Paris küçələrində gəzərkən kameralara tuş gəlib.

Ceyden Smitlə Mişel Laminin səmimi görüntüləri sosial şəbəkələrdə müzakirələr yaradıb.

Belə ki, Ceyden 28, Mişel Lami isə 82 yaşındadır.

Ceyden açıqlamalarından birində münasibəti barədə "Onunla tanış olanda bütün həyatım dəyişdi. Hamı aramızdakı yaş fərqinə mənfi reaksiya verir. Lakin mən bunu aramızdakı əngəl kimi görmürəm" sözlərini söyləyib.

Məlumat üçün bildirək ki, Mişel Lami 1944-cü ildə doğulub. O fransalı rəssam və stil ikonasıdır. Qızılı örtüklü dişləri, qara rəngə boyanan barmaqları və əlləri ilə moda dünyasının ən diqqət çəkən simalarından biridir.

Mişel Lami, kosmetik cərrahiyyəyə qarşı çıxması ilə tanınır

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью