Uilyams üçün daha bir variant

23.06.2025

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Niko Uilyamsı sıralarında görmək istəyən klubların sayı artır.

"Football-plus.az" xəbər verir ki, “Bavariya” rəhbərliyi “Atletik”in futbolçusunu transfer etmək üçün yeni təklif üzərində çalışır.
Münhen klubunun idman direktoru Maks Eberl hazırda ABŞ-də Klublararası Dünya Çempionatında iştirak edən komandanı tərk edərək Almaniyaya qayıdıb. Buna səbəb növbəti mövsüm üçün transfer planlamasını sürətləndirməkdi. Eberlin əsas hədəflərindən biri məhz Uilyamsın transferidi.
Hazırda 22 yaşlı vinger “Barselona”ya keçməyə yaxındı. Lakin Kataloniya təmsilçisi futbolçunun 58 milyon avro dəyərindəki sərbəst qalma məbləğini dərhal ödəməyə hazır deyil.
Niko son mövsümdə komandasında 45 oyuna çıxaraq 11 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun “Atletik” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью