Uitaker: ABŞ Ukrayna üçün NATO ya silah satışından 6 milyard dollar qazanıb

29.06.2026

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ artıq Ukraynaya silah tədarükü üzrə PURL proqramı çərçivəsində 6 milyard dollardan çox qazanıb.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker "Fox News" telekanalının efirində bildirib.

"Biz bu proqram üzrə 6 milyard dollardan çox vəsait əldə etmişik və bunu (proqramda iştirakı - red.) davam etdirmək niyyətindəyik", - o deyib.

Qeyd edək ki, PURL ("Prioritised Ukraine Requirements List") təşəbbüsü ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rütte tərəfindən 2025-ci ilin 14 iyulunda irəli sürülüb. NATO müttəfiqləri Ukrayna üçün silahları ABŞ ehtiyatlarından satın alırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью