Uitkoff açıqladı: ABŞ, Rusiya və Ukrayna məsləhətləşmələri davam etdirəcəklər

06.02.2026

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"ABŞ, Rusiya və Ukrayna yaxın həftələrdə məsləhətləşmələri davam etdirəcəklər".

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff "X" sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Vaşinqton və Moskva ABŞ-nin Avropa Komandanlığına rəhbərlik edən general Aleksus Qrinkeviçin başçılığı ilə hərbçilər arasında dialoqun başlanması barədə razılığa gəliblər.

Bundan əlavə, Uitkoff qeyd edib ki, Əbu-Dabidəki üçtərəfli danışıqlar konstruktiv xarakter daşıyıb və davamlı sülh üçün şəraitin yaradılmasına yönəlib:

"Danışıqlar zamanı tərəflər qalan məsələləri, o cümlədən atəşkəs rejiminə əməl olunması metodlarını və hərbi fəaliyyətin dayandırılmasına nəzarət mexanizmlərini müzakirə ediblər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью