Uitkoff bu ölkələri Putinlə görüşü barədə məlumatlandıracaq

07.08.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Avqustun 7-də ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə görüşü barədə Ukrayna və bəzi NATO müttəfiqlərinin nümayəndələrini məlumatlandıracaq.

Axar.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Mənbələrin məlumatına görə, Uitkoff çərşənbə günü Moskvada Putinlə keçirdiyi görüşü ilə bağlı Britaniya, Almaniya, İtaliya, Ukrayna, Finlandiya və Fransa rəsmiləri ilə videobağlantı vasitəsilə məsləhətləşəcək. Uitkoff həmçinin növbəti addımları, o cümlədən Tramp və Putin arasında mümkün sammiti müzakirə edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью