Uitkoff: İlin sonunadək sülhə nail olacağıq

27.08.2025

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Vaşinqton bu ilin sonuna qədər Ukraynada münaqişə tərəfləri arasında sülh razılaşması əldə etmək istəyir.
Reyting.az
xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “Fox News” telekanalına müsahibəsində deyib.
“Ümid edirik ki, bu ilin sonuna qədər, bəlkə də bir qədər tez sülh sazişi üçün bütün lazımi inqrediyentləri tapa biləcəyik”,- deyə xüsusi nümayəndə əlavə edib.
Uitkoff bu həftə Nyu-Yorkda Ukrayna rəsmiləri ilə görüşəcəyini də bildirib və bu görüşü “çox ciddi siqnal” adlandırıb.
O, vurğulayıb ki, ABŞ Ukrayna münaqişəsinin həlli üçün Rusiya ilə gündəlik dialoq aparır.
ELÇİN
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью