Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff yeni təhlükəsizlik üzrə müşavir olmaqdan imtina edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” telekanalının jurnalisti Alayna Trin mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff milli təhlükəsizlik üzrə müşavir postunu qəbul etmək istəmir.
Mənbələrin sözlərinə görə, hazırda həmin vəzifəyə mümkün namizədlər sırasında dövlət katibi Marko Rubio və onun müavini Kristofer Landau da yer alır.
Qeyd olunur ki, Donald Tramp bu posta daha sabit və uzunmüddətli namizəd axtarışındadır.
Aysel Əliyeva
Globalinfo.az