Uitkoff Moskvaya gedəcək Mühüm şərt bilindi

23.11.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Cenevrədə Ukrayna nümayəndə heyəti ilə danışıqlar uğurlu olarsa, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyaya səfər edə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu köşə yazarı Devid İqnatius deyib.

Onun sözlərinə görə, Trampın Ukrayna ilə bağlı təklif etdiyi sülh planı Rusiya üçün göründüyü qədər faydalı deyil:

“Üstəlik, razılaşma döyüşlərin dayandırılması üçün məsuliyyəti Moskvanın üzərinə atacaq. Rusiya bunu rədd edərsə, yəqin ki, müharibə gələn il və ondan sonra da davam edəcək”.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью