Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02.02.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə Baş nazir Binyamin Netanyahu və İsrail hərbi rəhbərliyi ilə danışıqlar aparmaq üçün bu ölkəyə səfər edəcək.

525.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl “Reuters” və “The Jerusalem Post” qəzeti İsrail Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamirin ABŞ hərbi liderləri ilə məsləhətləşmələr aparmaq üçün həftəsonu Vaşinqtona gizli səfər etdiyini yazıb. Məlumata görə, səfər zamanı o, amerikalı həmkarlarına "həssas kəşfiyyat informasiyaları” təqdim edib, İrana qarşı hərbi variantları müzakirə edib və Vaşinqtonla Tehran arasında diplomatik danışıqlara təsir göstərməyə çalışıb.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью