Uitkoff Putinə 22 maddədən ibarət sülh planı təqdim edəcək

11.05.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidentinin xüsusi nümayəndəsu Stiven Uitkoff Rusiya lideri Vladimir Putinə Ukraynada döyüşlərə son qoymağa kömək edəcək 22 maddədən ibarət "plan" təqdim etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə NBC öz mənbələrinə istinadən məlumat yayıb.

Onların məlumatına görə, şərtlər siyahısı/planı ABŞ, Avropa ölkələri və Ukraynadan olan nümayəndələr hazırlayıb. Sənəd 30 günlük atəşkəs təklifini ehtiva edir və həmçinin Putinin ABŞ-ın Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyəcəyi ilə bağlı tələbinə cavab verir.

Uitkoffun planı Rusiya prezidentinə nə vaxt təqdim edəcəyi açıqlanmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью