Uitkoff Rusiyaya gəlir: Putinlə görüşəcək

21.10.2026

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Uşakov: “Putin günün birinci yarısında Uitkovla görüşəcək və əsas mövzu Ukrayna olacaq”

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşüb. AYNA.AZ “Reuters”ə istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio deyib.

Rubio əlavə edib ki, Uitkoffun dünən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü "müsbət" keçib.

Kreml Putinin Uittkoffla danışıqlarının təfərrüatlarını açıqlayıb. Rusiya liderinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib ki, Putin bu gün Uitkoffu qəbul edəcək. Bildirib ki, “Ukraynadakı münaqişə onların danışıqlarının əsas mövzusu olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью