Uitkoff: Tramp Ukrayna üçün rüsumsuz zona ideyasını dəstəkləyir

22.01.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

Tramp Ukrayna xalqının hazırda çox ağır şəraitdə yaşadığını anlayır.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Davos Dünya İqtisadi Forumunun panel müzakirəsində çıxışında deyib.

Onun sözlərinə görə, bu yanaşmanın bir hissəsi olaraq Ukraynada rüsumsuz ticarət zonasının yaradılması ideyası müzakirə olunur.

“Bu, oyun dəyişdirən bir addım ola bilər. Belə bir zona yaradılarsa, sənaye böyük həcmdə həmin əraziyə yönələr”, – Uitkoff qeyd edib.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi vurğulayıb ki, bu təşəbbüs Ukraynanın gələcək iqtisadi bərpasına ciddi töhfə verə bilər və ölkənin investisiya cəlbediciliyini artırar.

Uitkoff, həmçinin, bildirib ki, Vaşinqton Ukrayna üzrə nizamlanmanın müsbət nəticə ilə başa çatmasına köklənib və iqtisadi mexanizmlər sülhün möhkəmləndirilməsində mühüm rol oynaya bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью