Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Berlində avropalı tərəfdaşlarla baş tutan müzakirələrin məzmunlu və açıq keçdiyini bildirib. O, Ukraynada davamlı sülhün təmin olunması üçün qarşıda hələ mühüm işlərin durduğunu vurğulayıb.
Moderator.az xəbər verir ki, bu barədə Uitkoff sosial şəbəkə hesabında açıqlama yayıb:
"Berlindəki əsas məqsədimiz Avropadakı tərəfdaşlarımızla birbaşa əlaqə qurmaq, fikirlərimizi bölüşmək və gələcək addımları dəyərləndirmək idi. Mənalı və səmimi müzakirələr apardıq, bütün iştirakçıların nümayiş etdirdiyi ciddiyyət və sadiqliyi yüksək qiymətləndiririk.
Davamlı sülhə nail olmaq istiqamətində işlədiyimiz üçün bu səylərimizi müttəfiqlərimizlə sıx koordinasiya şəraitində davam etdirəcəyik".
Qeyd edək ki, ABŞ prezidentinin xüsusi nümayəndələri olan Uitkoff və Cared Kuşner Berlində "istəklilər koalisiyası"nın görüşündə iştirak ediblər. Daha sonra Kuşner bildirib ki, o və Uitkoff Almaniya Kansleri Fridrix Merts ilə Donald Trampın Çindəki APEC sammitindəki danışıqlarını və Ukrayna böhranının həlli prosesini müzakirə ediblər.