Uitkoff Ukraynada rüsumsuz zonanın yaradılması ehtimalından danışdı: Böhranın həlli son mərhələsinə qədəm qoyur

22.01.2026

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Ukraynada rüsumsuz zonanın yaradılması gələcəkdə ölkə iqtisadiyyatına kömək edə bilər".

Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib.

"Dünən bütün axşam Ukrayna iqtisadiyyatının və maliyyə sisteminin artım trayektoriyasını müzakirə etmişik. Kapital bazarları, iş yerləri, PABŞ Prezidenti Donald Tramp Ukraynada rüsumsuz zona haqqında danışdı. Düşünürəm ki, bu, ciddi şəkildə vəziyyətə təsir göstərəcək, sənaye sahələri bu zonaya keçəcək", - deyə o qeyd edib.

Stiv Uitkoff, həmçinin Ukrayna böhranının həllinin son mərhələsinə qədəm qoyduğunu da deyib.

"Biz indi prosesin sonundayıq və mən həqiqətən də nikbin köklənmişəm", - deyə o vurğulayıb.

Uitkoffun sözlərinə görə, bu sahədə bir çox uğurlar əldə edilib.

Lakin Stiv Uitkoff əlavə edib ki, bir məsələ həll olunmamış qalır və tərəflər istəsələr, onu da həll etmək mümkündür. Lakin söhbətin dəqiq nədən getdiyini deməyib.

Stiv Uitkoff, həmçinin yanvarın 22-də Moskvaya səfər edəcəyini təsdiqləyib. Onun sözlərinə görə, Rusiyaya səfərindən sonra Ukrayna məsələsi üzrə işçi qrupların görüşlərinin keçiriləcəyi BƏƏ-yə yola düşəcək.

Rusiyaya səfəri zamanı Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью