Uitkoff və Kuşner İsrailə planlaşdırılan səfəri ləğv ediblər

09.03.2026

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner martın 10-na planlaşdırılan İsrail səfərini ləğv ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.

Martın 8-də ABŞ-ın "Axios" portalının və İsrailin 12-ci kanalının müxbiri Barak Ravid X sosial şəbəkəsində yazıb ki, Uitkoff və Kuşner martın 10-da İsraildə yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu ilə görüşməyi planlaşdırırdılar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью