Uitkoff və Kuşner Kiyevin mövqeyini öyrəndikdən sonra Moskvaya gələcəklər

12.10.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ prezidentinin Rusiya-Ukrayna münaqişəsi üzrə nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Moskvaya səfər planlarını ləğv etməyiblər, lakin Kiyevin mövqeyini aydınlaşdırdıqdan sonra gələcəklər.

Məlumatı TASS verib. 

Mənbə bildirib: “Niyyət var, amma Kiyevin mövqeyini anlamaqda çətinliklər var. Onlar gələcəklər, ancaq bu mövqeyi dəqiq başa düşdükdən sonra”.

Səfərin növbəti iki həftə ərzində baş tuta biləcəyinə dair suala cavab olaraq mənbə deyib: “Bütün variantlar masadadır”.

Qeyd edək ki, oktyabrın 9-da ABŞ, Ukrayna, Aİ (Birləşmiş Krallıq, Almaniya və Fransa), Avropa Komissiyası və NATO nümayəndələri arasında Florida ştatının Mayami şəhərində danışıqlar aparılıb. Oktyabrın 10-da səhər danışıqların erkən başa çatdığı və əvvəllər planlaşdırılan ikinci günün baş tutmayacağı açıqlanıb.

“Axios” mənbələrə istinadən xəbər verib ki, görüşdə Uitkoff və Kuşner Ukrayna tərəfinə bildiriblər ki, əgər Kiyev güzəştə getməsə, Vaşinqton onun kəşfiyyat məlumatlarına çıxışını rədd edə bilər. 

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью