Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff və Amerika liderinin kürəkəni, sahibkar Cared Kuşner fevralın 1-i Əbu-Dabidə keçirilməsi planlaşdırılan Ukrayna sülh danışıqlarında iştirak etməyəcəklər.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi və Milli Təhlükəsizlik müşaviri Marko Rubio məlumat verib.
“Ötən həftə BƏƏ-də uzun illərdən sonra ilk dəfə ABŞ-nin iştirakı ilə üçtərəfli formatda görüş keçirildi. Cared Kuşner və Stiven Uitkoff, eləcə də Rusiya və Ukraynanın nümayəndələri orada idilər. Onlar danışıqları bu həftə, bu dəfə ikitərəfli formatda davam etdirməyi planlaşdırırlar. ABŞ iştirak edə bilər, amma Stiv və Cared olmayacaq”, - Rubio Senatın Xarici Əlaqələr Komitəsinin dinləməsində bildirib.