Uitkoff və Kuşnerin Moskvaya səfəri hörmətsizlikdir

21.04.2026

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşnerin Moskvaya səfərləri böyük hörmətsizlikdir.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Strana.ua saytına verdiyi şərhdə deyib.

"Moskvaya getmək, amma Kiyevə getməmək hörmətsizlikdir ", - deyə o bildirib.


Eyni zamanda, Ukrayna lideri Uitkoff və Kuşnerin Kiyevə hələ baş tutmamış səfərini "sensasiyaya çevirməməyi" tövsiyə edib. O, bunun Ukrayna tərəfi deyil, Amerika tərəfi üçün lazım olduğunu vurğulayıb.

İlahə Qənbərli

Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью