Uitkoff və Kuşnerin Putinlə görüş üçün Moskvaya səfəri gözlənilir

14.01.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Dekabr ayında Moskvaya səfər edən ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner tezliklə Rusiya paytaxtına qayıtmağı və Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırırlar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Onlar görüşün yanvar ayında keçirilə biləcəyini iddia edirlər, lakin planların hələlik dəqiqləşdirilmədiyini və İrandakı hadisələrə görə vaxtın dəyişdirilə biləcəyini qeyd edirlər.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью