Uitkoff və Kuşnerlə 5 saatlıq görüş məni bezdirdi Putin

05.12.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin “İndia Today”a müsahibəsində ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerlə görüşü barədə danışıb.

Axar.az xəbər verir ki, Kreml rəhbəri zarafatyana şəkildə görüşün çox uzun çəkdiyini və onu “bezdirdiyini” bildirib.

“Görüşdən bezdim – 5 saat!”, - Kreml rəhbəri söyləyib.

“5 saat? Uitkoff və Kuşner?” - deyə aparıcı soruşub.

“Bəli, mən isə tək. Təsəvvür edirsiniz, dəhşətlidir”, - Putin zarafatla əlavə edib.

Bununla yanaşı, dövlət başçısı görüşün olduqca faydalı keçdiyini də əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью