Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, İsrailin Baş naziri Beniyamin Netanyahu və təhlükəsizlik qurumlarının rəhbərləri arasında keçirilən görüş təxminən üç saat yarım davam etdikdən sonra başa çatıb.
APA xəbər verir ki, bui barədə "Ynet Global" məlumat yayıb.
Məlumata görə, görüşdə İsrailin müdafiə naziri İsrael Katz, Baş Qərargah rəisi general-leytenant Eyal Zamir, “Mossad”ın rəhbəri Dadi Barnea, Hərbi Kəşfiyyat İdarəsinin rəisi Şlomi Binder, Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Tomer Bar, Əməliyyatlar İdarəsinin rəisi general-mayor İtsik Koen və Planlaşdırma İdarəsinin rəisi general-mayor Hadi Zilberman da iştirak edib.