GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Kremlə son səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinin tərcüməçisindən razılığını ifadə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Pavel Zarubin səs yayımlayıb.
“Ay əfsanə! İndi səsini tanıya bilirəm”, – deyə Uitkoff rus tərcüməçisinə müraciət edib.
Dövlət başçısının tərcüməçisi Rusiya Xarici İşlər Nazirliyinin Dilçilik Dəstəyi Departamentinin baş məsləhətçisi Aleksey Sadıkovdur. Uitkoff bildirib ki, onun səsi dünyanın ən yaxşı səsidir.
Qeyd edək ki, Rusiya prezidentinin Uitkoffun da daxil olduğu Amerika nümayəndə heyəti ilə danışıqları 23 yanvar gecəsi baş tutub. Söhbət üç saat yarımdan çox davam edib.
Əliyar Xəlil
Globalinfo.az