Uitkoffun Rusiyaya səfər tarixi açıqlandı

30.11.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkov gələn həftənin əvvəlində Vladimir Putinin Hindistana səfərindən əvvəl Rusiyaya gələcək.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Kreml əvvəllər Vladimir Putinin 4 və 5 dekabr tarixlərində Hindistanda olacağını bildirmişdi.

Bu gün Uitkov nümayəndə heyətinin tərkibində Floridada ukraynalı nümayəndələrlə görüşür.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью