Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffu daşıyan təyyarə Avropada dayanmayaraq birbaşa Amerika istiqamətində uçuşu davam etdirib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "RIA Novosti Flightradar24" portalının qeydlərinə istinadən yayıb.
Məlumata görə, Bombardier Global 7500 tipli təyyarə Moskva səfərindən sonra gecə saatlarında havaya qalxıb və 06:00-dan sonra artıq İslandiya hava məkanını tərk edərək Şimali Amerikaya tərəf istiqamət götürüb.
Bundan əvvəl Fransa KİV-ləri Uitkoffun Rusiya paytaxtındakı danışıqlardan sonra 3 dekabrda Brüsseldə Ukrayna tərəfi ilə görüş keçirə biləcəyini yazmışdı. Lakin uçuş marşrutu bunun baş vermədiyini göstərir.
Nuriyyə NATİQQIZI