Uitkov Moskvada Putinlə görüşüb: 3.5 saat...

12.02.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikalı müəllim Mark Fogelin azad edilməsi üçün Moskvaya gedən ABŞ Prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiven Uitkof Rusiya Prezidenti Vladimir Putinlə də görüşüb.

Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus”un aparıcısı Şon Hanniti məlumat yayıb.

Onun sözlərinə görə, Trampın nümayəndəsi Putinlə Moskvada 3,5 saat müzakirə aparıb.

Onlarn nədən danışdıqları barədə aparıcı heç bir söz deməyib.

Qeyd edək ki, Uitkof ötən gün Moskvaya gəlmiş, geri qayıdanda isə özü ilə Rusiyada həbsdə olan ABŞ vətəndaşı Mark Fogeli aparmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью