Uitkov Netanyahudan Trampa şikayət edib

20.07.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-ın bir sıra yüksək rütbəli rəsmiləri, o cümlədən Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff İsrailin Suriyaya zərbələri ilə bağlı Baş nazir Benyamin Netanyahudan birbaşa ABŞ prezidentinə şikayət edib.

Axar.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

“Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələr İsrailin hərəkətləri ilə bağlı Tramp administrasiyasına qəzəbli mesajlar göndərib və bir neçə yüksək rütbəli ABŞ rəsmisi birbaşa Netanyahudan Trampa şikayət edib. Həmin məmurlar arasında ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak və Ağ Evin nümayəndəsi Stiv Uitkoff kimi Trampın yaxın dostları da var idi”, - məlumatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью