Uittkoff üçtərəfli danışıqların yeni mərhələsini elan etdi

12.11.2026

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə Kremldə keçirilən görüşdən sonra üçtərəfli danışıqların yeni mərhələsi barədə razılıq əldə edildiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə CNN telekanalına bildirib.
“Hesab edirəm ki, irəliləyiş əldə edilib. Heç kim üçtərəfli danışıqları bərpa edəcəyimizi düşünmürdü. Amma biz danışıqları bərpa etdik. Biz yeni görüş təyin etdik”, - Uittkoff qeyd edib.
ABŞ Prezidentinin xüsusi nümayəndəsinin sözlərinə görə, Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların növbəti mərhələsinə Avropa nümayəndələri də qoşulacaqlar.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью