UKMTO: Oman körfəzində gəmiyə mərmi atılıb

25.06.2026

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Oman körfəzində yük gəmisi mərmi zərbəsinə məruz qalıb.

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) saytındakı bəyanatda bildirilib.

"Yük gəmisi naməlum mərminin zərbəsinə məruz qalıb, bu da zədələnməyə səbəb olub", - bəyanatda qeyd olunub.

Britaniyanın dəniz idarəsi bildirib ki, hadisə Omanın Dahit bölgəsindən 7,5 dəniz mili (13,89 kilometr) cənub-şərqdə baş verib.

Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan yoxdur və ətraf mühitə ziyan dəyməyib.

UKMTO bu ərazidəki gəmilərə keçid zamanı ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью