Ukrayna 100 milyonluq siyahını Estoniyaya verdi

23.03.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna 100 milyon avro dəyərində hərbi yardımın siyahısını Estoniyaya verib.

Axar.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ukrayna bu həftə Kiyevin Estoniyadan almaq istədiyi 100 milyon avro dəyərində hərbi məhsulların rəsmi siyahısını təhvil verib. Ukraynanın seçdiyi məhsullar Estoniyanın müdafiə şirkətlərindən təcili sifariş olunacaq”, - məlumatda qeyd olunub.

Kiyevin təqdim etdiyi siyahıya PUA-lar, su nəqliyyatı vasitələri və tibbi avadanlıqlar daxildir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью