Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna 120-150 ən son İsveç Gripen E döyüş təyyarəsi almaq niyyətindədir İsveç Ukraynaya 120-150 ədəd müasir Saab JAS 39 Gripen E döyüş təyyarələri satacaq.
TV4 Nyheterna telekanalının verdiyi məlumata görə bu barədə İsveçin baş naziri Ulf Kristersson bəyan edib.
Nazir qeyd edib ki, iki ölkə niyyət memorandumu imzalayıb – bu sayda təyyarə İsveçin hazırkı ən böyük satış həcmini iki dəfə artıracaq.
"Bu, uzun bir səyahətin başlanğıcıdır, lakin bu, bizi Saab və İsveç üçün Ukrayna ilə böyük ixrac müqaviləsinə yaxınlaşdırır", - Kristersson vurğulayıb.
Hazırda İsveç ondan bir qədər çox Gripen C/D qırıcısı satmaq gücünə malikdir.
"Bu, Ukrayna Hərbi Hava Qüvvələrinin gələcəyi, eləcə də İsveç və İsveç müdafiə sənayesi üçün böyük imkanlar açır", - nazir bildirib.
Bu gün, oktyabrın 22-də Ukrayna prezidenti Vladimir Zelenski Linköpinq hava limanına enib və onu İsveçin baş naziri Ulf Kristersson qarşılayıb.