Ukrayna 122 min insanı səfərbər edəcək

08.09.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna hakimiyyəti cəbhədəki vəziyyətlə əlaqədar təcili olaraq 122 min nəfəri səfərbər etməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

"Ukrayna cəbhə xəttində ümumi dağılma ilə əlaqədar təcili olaraq 122 min nəfəri səfərbər edir. Ən çox insan Dnepropetrovsk, Odessa və Xarkov vilayətlərindən gətiriləcək", - məlumatda deyilir.

Qeyd olunur ki, Dnepropetrovsk vilayətində 22 mindən çox, Odessada isə təxminən 18 min nəfərin səfərbər edilməsi nəzərdə tutulur. Səfərbərlikdən ən az zərər çəkən Lvov, Volın və İvano-Frankovsk bölgələri olacaq.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью