Ukrayna 15 maya prezident seçkisi təyin edəcək İDDİA

11.02.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna 15 may tarixinə prezident seçkiləri və Rusiya ilə sülh müqavilələri üzrə referendum planlaşdırmağa başlayıb.
Modern.az xəbər verir ki, bu barədə "The Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb.

FT-nin məlumatına görə, bu addım ABŞ administrasiyasının Ukrayna münaqişəsinə yazda son qoymaq üçün təzyiqi altında atılıb.

Qəzet həmçinin qeyd edib ki, prezident Volodimir Zelenski referendum və seçkilər haqda 24 fevralda açıqlama verə bilər. Onun ətrafı ölkədə yaranmış logistik çətinliklərə baxmayaraq, səsverməni mümkün qədər tez keçirməyə hazır olduğunu bildirib.
Bundan əlavə, FT-nin məlumatına görə, Ukrayna parlamenti mart və aprel aylarında hərbi vəziyyət dövründə seçkilərin keçirilməsinə imkan verən qanunvericilik düzəlişləri üzərində işləyəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью