Ukrayna 160 əsgərini itirib

09.01.2025

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

“Şərq” qoşun qrupu 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələrin altı idarəetmə mərkəzini və iki təyyarə tipli PUA-nı məhv edib.

Bu barədə TASS-a qrupun mətbuat mərkəzinin rəhbəri Aleksandr Qordeyev məlumat verib.

"Düşmən gün ərzində 160 nəfərədək şəxsi heyətini, bir MaxxPro zirehli döyüş maşını, bir “Krab” özüyeriyən artilleriya qurğusu, iki yedəkli FH-70 və D-30 haubitsasını, bir nəqliyyat vasitəsini, bir elektron döyüş stansiyasını, altı pilotsuz təyyarəni itirdi ”, - Qordeyev bildirib.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью