Ukrayna 18 25 yaş arası gəncləri orduya çağırmağa hazırlaşır

25.01.2025

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaxın günlərdə Ukrayna Prezidentinin Aparatı 18 yaşdan 25 yaşa qədər olan kişilərin hərbi xidmətə çağırılması ilə bağlı qanunvericiliyə dəyişiklik təklif edəcək.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Milli Təhlükəsizlik və Müdafiə Departamentinin müşaviri Nikolay Şçur "TSN.ua"ya şərhində bildirib.

“Həm qanunvericilikdə, həm də prezident fərmanlarında bir sıra dəyişikliklər olacaq. Hazırda bəzi məsələlər razılaşdırılır", - deyə o bildirib.

Şçurun sözlərinə görə, konsepsiya Müdafiə Nazirliyi, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və ictimai təşkilatların nümayəndələrindən yaradılmış işçi qrup tərəfindən hazırlanıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью