Ukrayna 18 yaşlı gəncləri səfərbər edəcək

12.04.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Ukrayna Silahlı Qüvvələri 18 yaşlı gəncləri səfərbər edəcəklərini açıqlayıb

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 93-cü briqadasının komandiri Şamil Krutkov məlumat yayıb. 

"Təəssüf ki, biz 18 yaşından etibarən səfərbər olacağımıza əminəm. Bunlar bizim qarşılaşmalı olduğumuz reallıqlardır", - o, əlavə edib.  

Hazırda Ukraynada 18-24 yaş arası şəxslər səfərbərlik əsasında hərbi xidmətə çağırılmır. Eyni zamanda, onlar könüllülük əsasında “gənclər müqavilələri” imzalamağa fəal şəkildə həvəsləndirilir. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью