Ukrayna 1825 yaş arası gəncləri müharibəyə cəlb etməlidir ABŞ dövlət katibi

04.12.2024

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Ukrayna 18-25 yaş arası gəncləri Rusiyaya qarşı müharibədə iştirak etmək üçün cəlb etməlidir.

Azpost.info Reuters-ə istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken çərşənbə günü bildirib.

Onun sözlərinə görə, uğurun açarı döyüş meydanında insanların iştirak etməsi, eləcə də sursat və silahlardadır.

Blinken Brüsseldə Reuters-ə müsahibəsində “Bunlar çox çətin qərarlardır” deyib: “Amma gənclərin mübarizəyə cəlb olunmasının zəruriliyinə inanırıq. Hazırda 18-25 yaşlı gənclər bu mübarizədə iştirak etmir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью