Ukrayna 2027 ci ilin sonunadək Aİ yə üzvlüyə hazır olmalıdır Stefanışina KONKRET

18.07.2025

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna 2027-ci ilin sonunadək Avropa İttifaqına üzv olmaq üçün tam hazır vəziyyətə gəlməlidir.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı gələcək səfiri Olqa Stefanışina açıqlama verib. Onun sözlərinə görə, həmin tarixədək ölkə qanunvericiliyində bütün islahatlar başa çatmalı və Avropa İttifaqının hüquq normalarına tam uyğunluq təmin edilməlidir.

“2027-ci ilə qədər qanunvericilikdəki bütün dəyişikliklər yekunlaşmalı və Aİ hüququna tam uyğun olmalıdır”, – deyə Stefanışina bildirib.

Natiq Səlim,
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью