525.az saytına istinadən Icma.az xəbər verir.
“Ukrayna 2030-cu ilə qədər Avropa İttifaqının tamhüquqlu üzvü olmalıdır”.
525.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kyastutis Budris “X” hesabında yazıb.
Nazir avqustun 20-də gecə saatlarında Rusiyanın Ukraynada həyata keçirdiyi yeni kütləvi hücuma münasibət bildirib.
O, Kremlin müharibəyə son qoymaq barədə düşünmədiyinə belə diqqət çəkib. Əlavə edib ki, rusların hazırda etdiyi tək şey Ukraynanın mülki əhalisini öldürməyə davam etməkdir. Bunun fonunda XİN başçısı Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək, həmçinin Kiyevə hərbi, enerji və maliyyə dəstəyini artırmaq üçün mümkün olan hər şeyi etməyin nə qədər vacib olduğunu xatırladıb.
Budris bildirib ki, Rusiyaya hərbi sahədə güclü sanksiya təzyiqi onu həqiqətən dayandıra bilər.
“Ukraynanın yeri Avropa ailəsindədir və onun Avropa və Avro-Atlantik inteqrasiyasına aparan yol bizim strateji prioritetimiz olaraq qalmalıdır", - Litva xarici işlər naziri vurğulayıb.
Pərvanə Sultanova