Ukrayna 30 mindən çox pilotsuz uçan aparat alacaq

06.12.2024

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

2025-ci ildə Ukrayna Silahlı Qüvvələri 30 mindən çox uzaqmənzilli "DeepStrike" pilotsuz uçan aparatı alacaq.

Bakıvaxtı.az "The Guardian"a istiandən xəbər verir ki, bu aparatlar uzun məsafələrdə avtonom şəkildə fəaliyyət göstərməyə və hədəfləri yüksək dəqiqliklə vurmağa qadirdirlər.

 Pilotsuz təyyarələrin bir hissəsi Ukraynanın hərbi-sənaye kompleksinə investisiya yatıran beynəlxalq tərəfdaşları tərəfindən maliyyələşdirilib.

Analitiklərə görə, "DeepStrike" pilotsuz təyyarələrinin inkişafı Ukraynanın hətta müharibə şəraitində də ən müasir istehsalı inkişaf etdirmək qabiliyyətini nümayiş etdirir.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью