Ukrayna 31 YouTube kanalını blokladı: Məşhur rusiyalı müğənnilər siyahıda

08.09.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az bildirir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTMŞ) yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi "Telegram" kanalında məlumat verib.

Belə ki, İrina Alleqrova, Valeriya, Vasili Qerello, Larisa Dolina, Filipp Kirkorov, Sergey Lazarev, Qriqori Leps, Ani Lorak, Denis Maydanov, Anna Netrebko, "Pelaqeya" qrupu, Taisiya Povaliy və Yuliya Çiçerinanın kanalları bloklanıb.

Həmçinin ukraynalı jurnalist Tatyana Popun, Ali Radanın keçmiş deputatları Renat Kuzmin və Yevgeni Murayevin də kanalları bloklanıb.(oxu.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью