Ukrayna 337 PUA ilə Rusiyaya hücum edib

11.03.2025

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Rusiyaya qarşı pilotsuz uçuş aparatları (PUA) vasitəsilə 2025-ci ilin ən böyük hücumunu həyata keçirib.

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, ölkənin Hava Hücumundan Müdafiə Qüvvələri (HHQ) bir gecədə Ukraynaya məxsus 337 PUA vurub. 

Onlardan 91-i Moskva vilayəti üzərində vurulub. Moskvaya da hücum 2025-ci ilin ən böyük hücumu olub. 

Bundan əvvəl Kiyev pilotsuz təyyarələrdən istifadə edərək ən böyük kütləvi gecə hücumlarını fevralın 26-da həyata keçirmişdi. Həmin gün 140 pilotsuz uçan aparat vurulmuşdu. Yanvarın 24-də isə Ukrayna 121 pilotsuz təyyarə ilə Rusiyaya hücum etmişdi. 

Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, ötən gecə vurulan PUA-ların 126-sı Kursk vilayəti üzərində, 38-i Bryansk vilayətində, 25-i Belqorod vilayəti ərazisində, 22-ci Ryazan vilayətinin ərazisində, qalanları isə digər ərazilərdə zərərsizləşdirilib.

Vasif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью