Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kiyev, 22 aprel, AZƏRTAC
Ukraynada müdafiə texnologiyaları şirkəti olan “General Çereşnaya” şirkətinin yeni hücum PUA-sı olan "Oblako" təqdim edilib.
AZƏRTAC xəbər verir ki, dron kütləvi istehsala və əlverişli qiymətə yönəlmiş siyasətin tərkib hussəsidir. "Oblako" 7 kiloqrama qədər döyüş başlığı daşıya, 50 kilometrədək məsafədə fəaliyyət göstərə və 60 dəqiqə havada qala bilər.
İlk partiyalar artıq döyüş sınaqları üçün Təhlükəsizlik və Müdafiə Qüvvələrinə pulsuz təqdim olunub. İstehsalın genişləndirilməsi planlaşdırılır. Dron tezliklə “Brave1” bazarında satışa çıxarılacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev