Ukrayna ABŞ dan cəmi 75 milyard dollar alıb Zelenski

02.02.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Ukrayna prezidenti Vladimir Zelenski, ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasının Kiyevə yardım üçün ayırdığı milyardlarla dolların harada olduğunu bilmədiyini deyib.

Gununsesi.info  xəbər verir ki, o bu barədə Associated Press agentliyinə müsahibəsində bildirib.

177 milyard dollar məbləğindəki yardımla bağlı danışarkən, o, bu pulu əslində yarısından çoxunu görmədiyini vurğulayıb. Zelenski, Ukraynanın yalnız 75 milyard dollar aldığını bildirib.

Ukraynanın müharibə zamanı ordunu dəstəkləmək üçün 200 milyard aldığını eşidəndə, bunun sadəcə doğru olmadığını deyib: “Bütün bu pulların harada olduğunu bilmirəm.”

Şəbnəm

Gununsesi.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью