Ukrayna ABŞ ilə sazişin imzalanmasını təxirə saldı

14.12.2024

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna hakimiyyəti ABŞ ilə mineral ehtiyatların hasilatı və emalı sahəsində əməkdaşlıq haqqında sazişin imzalanmasını təxirə salıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The New York Times” hər iki ölkənin rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, sənədin imzalanması Donald Trampın inaqurasiya mərasiminə qədər təxirə salınıb.

Qeyd olunub ki, Kiyev Rusiya ilə münaqişədə ABŞ-nin yeni hakimiyyət orqanlarından dəstək almağa ümid edir və buna görə də razılaşmanın Tramp administrasiyasının nailiyyəti olması barədə qərar qəbul edib.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью