Ukrayna ABŞ ın sülh təşəbbüslərini qəbul edir, amma... Yermak

29.08.2025

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna rəsmiləri Vaşinqtonda Uitkoffla görüşüb.

Globalinfo.az xəbərinə görə, Ukrayna Prezident aparatının rəhbəri Andrey Yermak bildirib ki, görüşün əsas məqsədi real diplomatiyanı inkişaf etdirmək və Vaşinqton sammitində əldə olunan razılaşmaların icrasını təmin etməkdir.

Uitkoffa Rusiya tərəfindən Ukraynanın şəhər və icmalarına qarşı gündəlik törədilən hərbi cinayətlər, o cümlədən Kiyevə edilən kütləvi raket və dron hücumları barədə məlumat verilib.

Yermak vurğulayıb ki, Rusiya müharibəni bitirmək üçün zəruri addımlar atmır və döyüşləri uzadır. Ukrayna ABŞ-ın bütün sülh təşəbbüslərini qəbul edir, lakin onların hər birini Rusiya ləngidir.

Yermak əlavə edib ki, Ukrayna liderlər səviyyəsində birbaşa danışıqlara açıqdır və Rusiyanın real sülhə hazır olması üçün təzyiq göstərilməsinin vacib olduğunu düşünür.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью