Ukrayna ABŞ nin seçki keçirmək çağırışını rədd etdi

03.02.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna prezidentinin kommunikasiyalar üzrə müşaviri Dmitri Litvin ABŞ-nin xüsusi nümayəndəsi Keyt Kelloqun ölkədə seçkilərin ilin sonuna qədər keçirilməsi ilə bağlı çağırışına qarşı çıxıb. 

"Unikal" xəbər verir ki, o, bu  barədə "X" sosial şəbəkəsində yazıb. 

"Biz cənab Kelloqun tam müsahibəsini görməmişik, seçkilərlə bağlı bir neçə sitat var, ona görə də onun mövqeyini tam qiymətləndirmək çətindir. Amma onun planı sadəcə atəşkəs və seçkilərdirsə, deməli, bu, uğursuz plandır", - Litvin yazıb. 

Xatırladaq ki, Kelloq "Reuters"a müsahibəsində Kiyevi 2025-ci ilin sonuna qədər Ukraynada parlament və prezident seçkilərinin keçirilməsinə çağırıb.

Gülayə Mecid 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью