Ukrayna ABŞ raketləri ilə Rusiyaya hücum edib

19.11.2024

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna ABŞ istehsalı olan 6 raketlə Rusiyanın Bryansk bölgəsinə hücum edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata əsasən, raketlərin S-400 və “Pantsir” hava hücumundan müdafiə sistemləri ilə qarşısının alındığı qeyd edilib.

Raketlərin hissələri Bryansk vilayətində hərbi obyektin texniki zonasına düşüb və yanğın başlayıb. Yanğın söndürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью